İsrailin Qəzza zolağına endirdiyi zərbələr nəticəsində azı 21 nəfər həlak olub.
Ucnoqta.az xəbər verir ki, bu barədə Qətərin “Əl-Cəzirə” telekanalı məlumat yayıb.
Məlumata görə, İsrail hərbi aviasiyası gecə saatlarında Qəzza zolağının şimalındakı Cəbəliya şəhərinin yaşayış məntəqələrinə və Fələstin anklavının cənubunda yerləşən Xan Yunis şəhərinin qərb ərazilərinə silsilə zərbələr endirib.
Beyt Lahiya şəhərində və əl-Məvasi humanitar zonasında da kütləvi partlayışlar törədilib.