Səudiyyə Ərəbistanı ABŞ-nin "Boeing" şirkətinə 160 təyyarə sifariş edib ki, bu da aviasiya sahəsində ən böyük tək sifarişdir.
Ucnoqta.az xəbər verir ki, bunu ABŞ prezidenti Donald Tramp deyib.
"Boeing-in sifarişi 160 təyyarə üçün idi. Məncə, bu, aviasiya tarixində ən böyük sifarişdir", - o, Qətərdən BƏƏ-yə uçan prezident təyyarəsində jurnalistlərə deyib.
Tramp əlavə edib ki, sifarişə "Boeing 787" və "Boeing 777" təyyarələri daxildir.