İsrail təyyarələri Qəzzanı bombaladı - 39 ölü, 100-dən çox yaralı

07:41 - 15 May 2025 - DÜNYA

İsrailin Qəzza zolağına yeni zərbələri nəticəsində azı 39 nəfər həlak olub.

Ucnoqta.az xəbər verir ki, bu barədə Qətərin “Əl-Cəzirə” telekanalı məlumat yayıb.

Məlumata görə, İsrail hərbi aviasiyası Fələstin anklavının cənubunda yerləşən Xan Yunis şəhərinin yaşayış məntəqələrinə silsilə zərbələr endirib.

Hücum nəticəsində ölənlərin sayı 26-ya çatıb, 100-dən çox yaralı var. Zərbələr Qəzza və Deyr əl-Bələh şəhərlərinə də endirilib.

Xəbər xətti