Putin Ukrayna ilə danışıqlar aparacaq nümayəndə heyətini təsdiqlədi

00:00 - 15 May 2025 - DÜNYA

Rusiya prezidenti Vladimir Putin İstanbulda Ukrayna ilə danışıqlar aparacaq Rusiya nümayəndə heyətinin tərkibini təsdiqləyib.

Ucnoqta.az xəbər verir ki, mayın 15-də İstanbulda keçiriləcək danışıqlarda Rusiya nümayəndə heyətinə Vladimir Medinski başçılıq edəcək.

— Rusiya Federasiyası Prezidentinin köməkçisi (nümayəndə heyətinin rəhbəri) Vladimir Medinski;
— Rusiya Federasiyası xarici işlər nazirinin müavini Mixail Qaluzin;
— Rusiya Silahlı Qüvvələri Baş Qərargahının Baş İdarəsinin rəisi İqor Kostyukov;
— Rusiya Federasiyası müdafiə nazirinin müavini Aleksandr Fomin.
Danışıqlarda iştirak edən ekspertlər arasında:
— Rusiya Federasiyası Silahlı Qüvvələri Baş Qərargahı rəisinin birinci müavini Aleksandr Zorin;
— Rusiya Federasiyası Prezidenti Administrasiyası rəhbərinin humanitar sahədə dövlət siyasəti üzrə müavini Yelena Podobreevskaya;
— Rusiya Xarici İşlər Nazirliyinin MDB ölkələri üzrə ikinci departamentinin direktoru Aleksey Polişçuk;
— Rusiya Müdafiə Nazirliyinin Beynəlxalq Hərbi Əməkdaşlıq Baş İdarəsinin rəis müavini V.İ. Şevtsov.

Xəbər xətti