2020-ci ildə Ermənistan Milli Assambleyasının keçmiş sədri, respublikanın hazırkı xarici işlər naziri Ararat Mirzoyana qarşı sui-qəsd etməkdə təqsirləndirilən Ara Badoyan 3,5 il müddətinə azadlıqdan məhrum edilib.
Ucnoqta.az-ın məlumatına görə, Armenpress Ermənistan Baş Prokurorluğunun İctimaiyyətlə Əlaqələr Departamentinə istinadən xəbər verir ki, “təqsirləndirilən şəxsin əsirlikdə qaldığı müddət nəzərə alınmaqla, azadlıqda keçirdiyi günlər təyin olunmuş cəzaya hesablanıb və əslində onun çəkməsinə 1 il 11 ay 23 gün qalıb.
İdarədən onu da bildiriblər ki, məhkəmə qərarını aldıqdan sonra prokurorluq apellyasiya şikayəti vermək niyyətindədir.