Çeçenistan rəhbəri Ramzan Kadırovun dostu ilk dəfə UFC titulu uğrunda döyüşəcək
Ucnoqta.az xəbər verir ki, Həmzət Çimaev orta çəkidə UFC çempionu Drikus du Plessislə döyüşəcək. Döyüş avqustun 18-nə keçən gecə ABŞ-da UFC 319 turnirində baş tutacaq.
Çimaev uzun illərdir ki, UFC-də ən yaxşı döyüşçülərdən biri olub, lakin səhhətindəki problemlərə görə indiyədək heç vaxt titul döyüşü keçirməyib.
O, hazırda orta çəki dərəcəsində üçüncü yerdədir.
31 yaşlı Çimaev 14 MMA döyüşünün hamısında qalib gəlib, səkkizi UFC-də olub, 2020-ci ildə debüt edib. 2024-cü ilin oktyabrında keçirdiyi son döyüşdə o, birinci raundda keçmiş UFC orta çəki çempionu avstraliyalı Robert Uittakeri məğlub edib.