Rusiya Ordusunun itkiləri açıqlanıb

09:31 - 14 May 2025 - DÜNYA

Rusiya qoşunlarının 24 fevral 2022-ci ildən 2025-ci il mayın 14-dək Ukraynaya qarşı müharibədə ümumi döyüş itkiləri təxminən 969 370 nəfərə çatıb. 

Ucnoqta.az xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahının “Facebook” səhifəsində məlumat verilib. Məlumata görə, son sutkada daha 1240 nəfər zərərsizləşdirilib. 

Rusiya ordusu həmçinin 10.804 (+2) tank, 22.501 zirehli döyüş maşını (+14), 27.827 (+47) artilleriya sistemi, 1.382 (+1) MLRS, 1.165 (+3) hava hücumundan müdafiə sistemi, 372 (+0) təyyarə, 335 helikopter, (33860)  (+82) operativ-taktiki PUA, 3197 (+0) qanadlı raket, 28 (+0) gəmi/qayıq, 1 (+0) sualtı qayıq, 48 382 (+126) avtomobil texnikası və tanker, 3884 (+0) xüsusi texnika itirib.

Xəbər xətti