Təyyarə ABŞ Hərbi Hava Qüvvələrinə veriləcək

08:16 - 14 May 2025 - DÜNYA

ABŞ prezidenti Donald Tramp Qətərin Amerika liderinə hədiyyə etməyi planlaşdırdığı Boeing 747-8 təyyarəsinin ABŞ Hərbi Hava Qüvvələrinə veriləcəyini bildirib.

Ucnoqta.az xəbər verir ki, Tramp Truth Social-da yazıb.

"Boeing 747 mənə yox, Hərbi Hava Qüvvələrinə, ABŞ Müdafiə Nazirliyinə verilir!"

O qeyd edib ki, bu, ABŞ-ın uzun illər uğurla müdafiə etdiyi bir dövlətin hədiyyəsidir.

“Çox gecikən yeni “Boeing”lərimiz gələnə qədər o, hökumətimiz tərəfindən Hərbi Hava Qüvvələrinin müvəqqəti təyyarəsi kimi istifadə olunacaq”, - Amerika lideri bildirib.

Onun sözlərinə görə, ABŞ ordusunun və vergi ödəyicilərinin ABŞ-ı "yaxşı görülən işə görə" mükafatlandırmaq istəyən bir ölkədən pulsuz əldə edə bildikləri zaman təyyarəyə milyonlarla dollar xərcləmələrinin mənası yoxdur.

Xəbər xətti