4,4 bal gücündə zəlzələ oldu - qatarların hərəkəti dayandırıldı

15:28 - 13 May 2025 - DÜNYA

İtaliyanın Phlegraean Fields vulkanik bölgəsinin sahillərində 4,4 bal gücündə zəlzələ qeydə alınıb.

Ucnoqta.az xəbər verir ki, bu barədə ölkənin Milli Geofizika və Vulkanologiya İnstitutu məlumat yayıb.

Məlumata görə, zəlzələnin episentri təxminən 974 min insanın yaşadığı Neapoldan 12 km qərbdə yerləşib. Ocaq 3 km dərinlikdə yerləşib.

Tələfat və dağıntılar barədə məlumat yoxdur. Sunami təhlükəsi elan olunmayıb.

Ehtiyat tədbiri olaraq ərazidə qatarların hərəkəti dayandırılıb. 

Yeraltı təkanlar Neapolun tarixi mərkəzində hiss olunub. Şəhərin metrosunun fəaliyyəti dayandırılıb.

Xəbər xətti