89 cəsəd çıxarılıb - Axtarış başa çatdı

14:23 - 13 May 2025 - DÜNYA

Banqkokda zəlzələ zamanı uçan Baş Auditor İdarəsinin tikilməkdə olan binasının yerində axtarış əməliyyatı başa çatıb.

Ucnoqta.az xəbər verir ki, bu barədə Tailandın paytaxtının meri Çatçat Sittiphan məlumat verib.

Xilasedicilər dağıntılar altından 89 inşaatçının cəsədini çıxara bilib, onlardan 72-nin şəxsiyyəti müəyyən edilib. Axtarışın başa çatmasına baxmayaraq, məhkəmə-tibb ekspertləri tapılan qalıqların DNT analizini davam etdirirlər.
Faciənin baş verdiyi Çatuçak rayonunun səlahiyyətliləri mayın 13-dən 15-dək Baş Auditorluğun binasının tikinti sahəsindən bütün ağır texnika və digər xüsusi texnikanın çıxarılacağını bildiriblər.

Xatırladaq ki, martın 28-də Myanmada 8,2 bal gücündə zəlzələ baş verib.

Xəbər xətti