Aİ ölkələri Rusiyaya qarşı 17-ci sanksiyalar paketini razılaşdırır

10:34 - 13 May 2025 - DÜNYA

Aİ ölkələri çərşənbə günü nəhayət ki, 17-ci anti-Rusiya sanksiyalar paketini razılaşdırmaq niyyətindədir.

Ucnoqta.az xəbər verir ki, bu barədə Financial Times (FT) qəzeti avropalı diplomatlara istinadən yazır.

Nəşrin mənbələri bildiriblər ki, bazar ertəsi assosiasiyaya üzv olan 27 ölkənin nümayəndələri yeni məhdudlaşdırıcı tədbirlərlə bağlı “əsasən” razılığa gəliblər. 
Çərşənbə günü onlar nəhayət, yeni sanksiyalar paketi üzərində razılığa gəlmək niyyətindədirlər. Belə olan halda, Aİ xarici işlər nazirləri gələn həftə bunu təsdiq edə bilər.

Xəbər xətti