Brent markalı neftin bir barreli 64,3 dollara yüksəlib
Ucnoqta.az xəbər verir ki, Londonun ICE Futures birjasında Brent markalı neftin iyul fyuçerslərinin qiyməti bir barel üçün 64,33 dollar təşkil edib.
Nyu-York əmtəə birjasının (NYMEX) elektron ticarətində iyun ayı üçün WTI markalı neftin fyuçersləri bu vaxta qədər 0,47 dollar (0,77%) bahalaşaraq bir barelə görə 61,49 dollar təşkil edib.