Peruda Ekvadorla sərhəddə 5,5 bal gücündə zəlzələ qeydə alınıb.
Ucnoqta.az xəbər verir ki, bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi məlumat yayıb.
Məlumata görə, yeraltı təkanların episentri 109 minə yaxın insanın yaşadığı Tumbes şəhərindən 23 km cənub-qərbdə yerləşib. Zəlzələnin ocağı 45 km dərinlikdə yerləşib.
Tələfat və dağıntılar barədə məlumat yoxdur.