Çin nümayəndə heyəti Kremlə suvenir qrammofon gətirib

11:49 - 8 May 2025 - DÜNYA

Çin sədri Si Cinpini müşayiət edən nümayəndə heyəti Moskva Kremlə qrammofon gətirib.

Ucnoqta.az Rusiya mətbuatına istinadən xəbər verir ki, jurnalistlər Rusiya prezidenti Vladimir Putinin qonaqlarının Böyük Kreml Sarayına gətirdikləri suvenirlərə diqqət çəkiblər.

Çinli qonaqların gətirdiyi qrammofon tünd ağacdan hazırlanıb və Uzaq Şərq üslubunda yaz çiçəkli ağacının budaqlarında quşların təsviri olan laklı miniatürlə bəzədilib.

Nümayəndə heyəti qrammofondan əlavə, ehtiyatla qutulara yığılmış Çin üslublu oymalarla zəngin şəkildə bəzədilmiş konsol masası və digər suvenirlər gətirdi.

Xəbər xətti