Pirallahıda bu küçə təmir edilir - VİDEO

13:44 - 7 May 2025 - Cəmiyyət

Cari ilin “İnvestisiya Proqramı”na uyğun olaraq Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən Pirallahı rayonunun Pirallahı qəsəbəsində Mətbuat küçəsinin əsaslı təmiri aparılır. 

Agentlikdən Ucnoqta.az-a verilən məlumata görə, 435 metr uzunluğa malik küçədə torpaq yatağının eni 8, yolun hərəkət hissəsinin eni 6 metrdir. Sözügedən küçə torpaq əsaslı olduğu üçün gediş-gəlişdə problemlərə səbəb olur, hərəkətin rahatlığını və təhlükəsizliyini təmin etmirdi. Aparılan əsaslı təmir işləri ilə bu problem aradan qaldırılacaq. 

Yenidənqurma işləri çərçivəsində zəruri olan yerlərdə yararsız qrunt qazılaraq çıxarılıb, əks-dolğu işləri icra olunaraq yeni yol yatağının tikintisi və küçənin profilə salınması işləri görülüb. 

“İnşaat Norma və Qaydaları”nın tələblərinə əsasən sonuncu mərhələdə yeni asfalt-beton örtüyünün döşənməsi, avtonəqliyyat vasitələrinin normal hərəkətinin təşkili üçün üfüqi nişanlanma xətlərinin çəkilişi işləri aparılacaq. 

Yenidənqurma işləri tərtib olunmuş qrafikə və texnoloji ardıcıllığa uyğun şəkildə icra olunur. 

Xəbər xətti