Ermənistan vətəndaşlarının demək olar ki, 40%-i Nikol Paşinyanı hakimiyyətdən uzaqlaşdırmağın ən təsirli yolunu növbədənkənar seçkilər olduğunu bildirib.
Ucnoqta.az xəbər verir ki, bunu MPG/Gallup Beynəlxalq Assosiasiyasının keçirdiyi sorğunun nəticələri sübut edir.
Respondentlərin 36,4%-i hesab edir ki, növbədənkənar seçkilər Paşinyanı devirmək üçün ən yaxşı yoldur. Onlardan 29,8%-i işdən çıxmağı effektiv üsul kimi qeyd edib. 16,9%-i Paşinyanın hakimiyyətdə qalmasına, 10,1% küçə etirazlarına səs verib. Rəyi soruşulanlardan 5% impiçment edilməsini istəyib. Respondentlərin 3,1%-i hansının olduğunu qeyd etmədən “başqa üsul” adlandırıb. Respondentlərin 7,6%-i cavab verməkdə çətinlik çəkib.
Aprelin 29-dan mayın 2-dək Ermənistanda telefonla keçirilən sorğuda ümumilikdə 1101 respondent iştirak edib.