Ukrayna nizamlanması üzrə ABŞ-Rusiya danışıqlar prosesi irəliləyir, Vaşinqton razılığın hələ də mümkün olduğuna inanır.
Ucnoqta.az xəbər verir ki, bunu “Fox News” telekanalında ABŞ-ın milli təhlükəsizlik üzrə müşaviri Mayk Uolts deyib.
Onun sözlərinə görə, Rusiya danışıqlar masasına oturmalıdır.
“Hər iki tərəf sülhə can atmalıdır. Hər iki tərəf döyüşü dayandırmağa çalışmalıdır. Və biz inanırıq ki, razılaşma hələ də mümkündür”, - Uolts bildirib.