Bəzi təhsil müəssisələrində 1-ci sinfə qəbulun müsabiqə mərhələsi ləğv olunub.
Ucnoqta.az xəbər verir ki, bu barədə MÜTDA məlumat yayıb.
Bildirilib ki, "Ankara məktəbi" məktəb-liseyi,160 nömrəli Klassik gimnaziya və İ.Hacıyev adına "Tərəqqi" texniki-humanitar liseyində müsabiqə mərhələsi ləğv olunub.
"Bu məktəblərə qəbul yalnız prioritet əsasında və sərbəst qaydada aparılacaq. Digər 6 məktəb üzrə isə müsabiqənin keçirilib-keçirilməməsi müraciət sayına əsasən qərarlaşdırılacaq. Qəbul prosesi 12 sentyabr 2025-ci il tarixində başa çatacaq",- deyə məlumatda qeyd edilib.