Bakıda silah-sursat aşkarlanıb

12:16 - 1 May 2025 - SİYASƏT

Polis əməkdaşları tərəfindən qanunsuz saxlanılan odlu silahların əməliyyat yolu ilə aşkarlanması və könüllü təhvil verilməsi istiqamətində tədbirlər davam etdirilir.

DİN-dən Ucnoqta.az-a verilən məlumata görə, polis əməkdaşlarının keçirdikləri növbəti profilaktik tədbirlər nəticəsində paytaxt sakini olan iki nəfər 2 avtomat silahı, 2 patron darağı və 18 ədəd patronu könüllü olaraq polisə təhvil veriblər.

Xətai rayonu ərazisində isə polis əməkdaşları tərəfindən 1 tüfəng və 9 ədəd patron tapılaraq götürülüb.

Araşdırmalar aparılır.

Xəbər xətti