Tramp Ukrayna ilə müqavilədən 350 milyard dollardan çox pul alacağını gözləyir

07:17 - 1 May 2025 - DÜNYA

ABŞ prezidenti Donald Tramp Ukrayna ilə faydalı qazıntıların hasilatı ilə bağlı sazişin imzalanmasını şərh edərkən bildirib ki, o, sövdələşmədən əvvəlki Amerika administrasiyasının Kiyevi dəstəkləmək üçün xərclədiyi 350 milyard dollardan daha çox pul qazanacağına ümid edir.

Ucnoqta.az xəbər verir ki, bu barədə prezident News Nation-da deyib.

"Nəzəri olaraq 350 milyard dollardan çox qazanc əldə etdiyimiz bir müqavilə bağladıq"

O, əlavə edib ki, sövdələşmə Baydenin onlara təhvil verdiyi 350 milyard dolların geri qaytarılmasını nəzərdə tutur.

Tramp Vatikanda Ukrayna prezidenti Volodimir Zelenski ilə söhbətinin məzmunu ilə bağlı suala belə cavab verib: “Mən ona dedim ki, biz razılaşa bilsək, çox yaxşı olar və siz onu imzalayarsınız”.

Xəbər xətti