RF Vladimirski vilayətinin Murom şəhərində anbarda güclü yanğın baş verib.
Ucnoqta.az xəbər verir ki, bu barədə vilayətin qubernatoru Aleksandr Avdeyev özünün Telegram kanalında məlumat verib.
Qubernatorun sözlərinə görə, anbarda baş verən yanğının səbəbi PUA-nın düşməsi olub.
Yanğının sahəsi 720 kvadratmetr ərazini əhatə edirdi.
Avdeyevin sözlərinə görə, dronlar iki binaya ziyan vurub. Birində yanğın olub, lokallaşdırılıb. İkinciyə cüzi ziyan dəyib və yanğın olmayıb.