ABŞ prezidenti Donald Tramp administrasiyasının populyarlığı ilə bağlı KİV-də keçirilən sorğuların nəticələrinin saxta olduğunu bildirib.
Ucnoqta.az xəbər verir ki, o, Truth sosial şəbəkəsində yazıb.
"Saxta media sorğuları, bu xəbərlər kimi, saxtadır! Biz hər zamankından daha yaxşı işləyirik." - Amerika lideri qeyd edib.
ABC televiziya şirkəti, The Washington Post qəzeti və Ipsos sosioloji xidmətinin aprelin 18-dən 22-dək apardığı birgə sorğunun nəticələri son 80 ildə 100 gün hakimiyyətdə olduqdan sonra prezidentin fəaliyyətinin ən aşağı bəyənmə reytinqini qeydə alıb.