Qırğızıstan prezidenti Sadır Japarov növbəti prezident seçkilərinin 2027-ci il yanvarın 24-də keçirilməsi haqqında sərəncam imzalayıb.
Ucnoqta.az xəbər verir ki, bu barədə respublika prezidentinin mətbuat xidməti məlumat yayıb.
Bildirilir ki, Prezident Sadır Japarov “Qırğızıstan Respublikası Prezidentinin və Qırğız Respublikası Joqorku Keneşinin deputatlarının seçkiləri haqqında” Konstitusiya Qanununa dəyişikliklər edilməsi haqqında” konstitusiya qanununu imzalayıb.
Sərəncamda deyilir ki, Qırğızıstan prezidentinin növbəti seçkiləri “seçildiyi prezidentin səlahiyyət müddəti başa çatan ilin yanvar ayının dördüncü bazar günü keçirilir və seçkilər gününə ən geci 4 ay qalmış Joqorku Keneş tərəfindən təyin edilir”.