"Düşünürəm ki, Rusiya buna hazırdır. Düşünürəm ki, bizim Rusiya ilə anlaşmamız var. Zelenski ilə razılığa gəlməliyik. Ümid edirəm ki, Zelenski..."
Ucnoqta.az xəbər verir ki, bunu ABŞ prezidenti Donald Tramp jurnalistlərə deyib. Tramp Zelenskinin razılığa gələcəyinə ümid etdiyini deyib:
"Zelenski ilə daha asan olacağını düşünürdüm. Hazırda bir az daha çətindir, amma eybi yoxdur. Düşünürəm ki, hər ikisi ilə razılığa gələ bilərik. Ümid edirəm ki, bu nəticə verəcək. Bilirsiniz ki, biz çox pul xərcləmişik, amma bu, insanlığa çox aiddir, çünki bu, ən pisi... Mən peyk şəkilləri alıram və əvvəllər belə bir şey görməmişdim" - ABŞ lideri qeyd edib.