Allahşükür Paşazadə Papanın dəfninə gedəcək? - Özü açıqladı

17:16 - 23 Aprel 2025 - Cəmiyyət

“Roma Papasının dəfnində iştirak edib-etməyəcəyimi bilmirəm. Ola bilər, iştirak edim”.

Ucnoqta.az apa-ya istinadla xəbər verir ki, bunu Qafqaz Müsəlmanları İdarəsinin sədri şeyxülislam Allahşükür Paşazadə deyib.

“Papa Fransisk Heydər məscidinə gəlib orada bizimlə görüş keçirmişdi. Biz də ona Quran hədiyyə etdik. Onun bütün dinlərə münasibəti yaxşı idi. Papa Fransisk çox böyük şəxsiyyət idi. O, bütün dünyada sülhü, qardaşlığı istəyən insan olub. Məni Vatikana dəvət etmişdi. Bəhreyndə, Qazaxıstanda və digər yerlərdə də görüş keçirmişik. Ümid edirəm, yeni seçilən Papa da gələcəkdə Fransiskin təməlini qoyduğu dostluq münasibətlərini davam etdirəcək”, - şeyxülislam qeyd edib.

Allahşükür Paşazadə qeyd edib ki, Roma Papası ilə yaxın vaxtlarda görüşləri planlaşdırılırmış: “Bir ay bundan əvvəl Papa məni dəvət etmişdi. Dini konfenssiyalarla bərabər biz görüşməli idik. Ancaq xəstəliyi buna imkan vermədi. Bu gün yəhudi, xristian dinlərinin nümayəndələrinin başsağlığı vermələri birliyimizi, tolerantlığımızı göstərir. Allah bütün dünyada sülhü bərqərar eləsin. Azərbaycan xalqını və onun rəhbərini qorusun”, - QMİ sədri vurğulayıb.

Xəbər xətti