Keçmiş prezident Bəşər Əsəd dövründə Livanın Hizbullah şiə təşkilatı ilə koordinasiyaya cavabdeh olan Ərəb Respublikası Hərbi Hava Qüvvələrinin keçmiş kəşfiyyatçısı Süleyman əl-Tənavinin həbs edilib
Ucnoqta.az xəbər verir ki, bu barədə Suriyanın keçid hökumətinin Daxili İşlər Nazirliyi açıqlayıb.
Əl-İxbariyyə telekanalının istinad etdiyi bəyanata görə, əl-Teynavi Hizbullah liderləri ilə “Suriyadakı bir sıra qruplar” arasında koordinator kimi fəaliyyət göstərib və onlara dəstək verilməsinə şərait yaradıb.
Bundan əlavə, Suriyanın yeni hakimiyyət orqanlarının fikrincə, əl-Teynavi mülki əhaliyə qarşı hərbi cinayətlər törətməkdə iştirak edib.
Daxili İşlər Nazirliyindən verilən məlumata görə, iş istintaqın və məhkəmə prosesinin başa çatdırılması üçün prokurorluğa verilib.///tass