Yaponiya Ukrayna kəşfiyyatını peyk məlumatları ilə təmin edəcək

14:13 - 22 Aprel 2025 - DÜNYA

Ukrayna hərbi kəşfiyyatı ilk dəfə olaraq Yer orbitində yapon cihazlarından məlumat alacaq.

Ucnoqta.az xəbər verir ki, bu barədə Ukraynanın DeepState hərbi-analitik resursu özünün Telegram kanalında məlumat yayıb.

Məlumata görə, Yaponiyanın iQPS institutu ilə Ukraynanın Baş Kəşfiyyat İdarəsi arasında razılaşma geoməlumatların, xüsusən də Tokioya məxsus SAR peyklərindən çəkilmiş şəkillərin Kiyevə ötürülməsini nəzərdə tutur.

Hazırda Ukrayna İtaliya, Finlandiya və Almaniya ilə oxşar cihazlardan məlumatların alınması ilə bağlı müqavilələr imzalayıb.

///tass

Xəbər xətti