Türkiyə Futbol Federasiyasının təmasları nəticəsində İstanbulda açılmasına qərar verilən UEFA nümayəndəliyi aprelin 24-dən etibarən fəaliyyətə başlayacaq.
Ucnoqta.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, açılışda prezident Rəcəb Tayyib Ərdoğan da iştirak edəcək.
"London və Brüsseldən sonra UEFA-nın üçüncü xarici mərkəzi TFF-nin tarixi Levent Köşkündə UEFA-nın İstanbul Nümayəndəliyi tərəfindən qəbul ediləcək. Qitələri bir araya gətirən, tarixlə sivilizasiyanın kəsişmə nöqtəsi olan İstanbul bununla da dünya futbolunun aparıcı mərkəzləri arasında yerini alacaq və mövqeyini daha da möhkəmləndirəcək - TFF-nin açıqlamasında deyilir.
UEFA İstanbul Nümayəndəliyinin açılış mərasimi 24 aprel prezident Rəcəb Tayyib Ərdoğanın iştirakı ilə keçiriləcək. Mərasimdə UEFA prezidenti Aleksander Çeferin, UEFA İcraiyyə Şurasının üzvləri və üzv ölkələrin federasiya prezidentləri də iştirak edəcək.