Sumqayıtda fabrikdə KÜTLƏVİ ZƏHƏRLƏNMƏ

17:25 - 21 Aprel 2025 - SİYASƏT

Sumqayıtda fabrikdə kütləvi zəhərlənmə olub.

Ucnoqta.az Apa-ya istinadən xəbər verir ki, hadisə tekstil fabrikində baş verib.

Əraziyə təcili tibbi yardım briqadası cəlb olunub.

TƏBİB-dən APA-nın sorğusuna cavab olaraq bildirilib ki, aprelin 21-də saat 16:05 radələrindən başlayaraq Sumqayıt Tibb Mərkəzinin nəzdində olan 1 nömrəli Şəhər Xəstəxanasının İnfeksion xəstəliklər şöbəsinə 19 nəfər (16 qadın cinsli, 3 kişi cinsli olmaqla) hospitalizasiya olunub.

Dəqiqləşdirilməmiş bakterial qida zəhərlənməsi diaqnozu ilə onların hər birinə zəruri tibbi yardımlar göstərilib. Hazırda 14 nəfərin müalicəsi davam etdirilir.

Vəziyyətləri qənaətbəxş olan 5 nəfər isə ambulator müalicə üçün evə buraxılıb.

Xəbər xətti