Husilər ABŞ-nin təyyarədaşıyan gəmilərinə zərbələr endirib

13:51 - 21 Aprel 2025 - DÜNYA

Yəmənin Ənsar Allah üsyançı hərəkatından olan husilər ABŞ-ın “Harry Truman” və “Carl Vinson” təyyarədaşıyan gəmilərinə, eləcə də onları müşayiət edən hərbi gəmilərə hücum ediblər.

Ucnoqta.az xəbər verir ki, bu barədə qiyamçıların yaratdığı silahlı qüvvələrin nümayəndəsi Yəhya Sariya bildirib.

O, bildirib ki, Raket Qüvvələri və Pilotsuz Sistemlər Qüvvələri Qırmızı dənizin şimalında “Harry Truman” təyyarədaşıyan gəmisinə və onunla əlaqəli gəmilərə iki qanadlı raket və iki pilotsuz təyyarə ilə hücum edib.
İkinci əməliyyat Hərbi Dəniz Qüvvələri, raket qüvvələri və pilotsuz sistem qüvvələri tərəfindən ABŞ-ın “Carl Vinson” aviadaşıyıcısına və onun Ərəb dənizindəki əlaqəli gəmilərinə qarşı üç qanadlı raket və dörd pilotsuz uçan aparatdan istifadə etməklə həyata keçirilib.

Xəbər xətti