Nazirin yüksək vəzifə verdiyi Bəhruz Nəbili kimdir? - DOSYE

11:01 - 21 Aprel 2025 - Xəbər

Xəbər verdiyimiz kimi, Elm və təhsil naziri Emin Əmrullayevin əmri ilə Bəhruz Ağahüseyn oğlu Nəbili Mil-Muğan Regional Təhsil İdarəsinin müdiri təyin edilib.

Ucnoqta.az xəbər verir ki, Bəhruz Nəbili Bakı Dövlət Universitetini bitirib. Əmək fəaliyyətinə Biləsuvar rayonu İsmətli kənd X.Qafarov adına orta məktəbdə başlayan Bəhruz Nəbili 2014-cü ildə "İlin müəllimi" seçilib.
2016-cı ildə Biləsuvar rayonu Ağayrı kənd orta məktəbində, daha sonra İsmətli kənd orta məktəbində direktor vəzifəsində işləyib.

2022-ci ildən Şəki-Zaqatala Regional Təhsil İdarəsində Tədrisin keyfiyyəti sektorunun müdiri və 2024-cü ildən isə müdir müavini vəzifəsində çalışıb.

Xəbər xətti