Hüseyn Əliyev vəzifəsindən azad edildi

10:39 - 21 Aprel 2025 - Xəbər

İqtisadiyyat nazirinin müşaviri Hüseyn Əliyev öz xahişi ilə vəzifəsindən azad edilib.

Bu barədə "APA-Economics"ə etibarlı mənbədən məlumat verilib.

Qeyd edək ki, H.Əliyev bundan öncə Vergilər nazirinin müşaviri, Təhsil Nazirliyinin tərbiyə və məktəbdənkənar müəssisələrlə iş şöbəsinin müdiri əvəzi, Təhsil nazirinin müşaviri vəzifələrində çalışıb.

Xəbər xətti