ABŞ-ın vitse-prezidenti Ceyms Devid Vens baş nazir Narendra Modi ilə görüşmək və ikitərəfli ticarət, tariflər, müdafiə sahəsində əməkdaşlıq və geosiyasi məsələləri müzakirə etmək üçün Hindistana səfər edib.
Ucnoqta.az xəbər verir ki, bu barədə NDTV telekanalı məlumat yayıb.
Danışıqların əsas mövzuları arasında ABŞ-ın Hindistana tətbiq etdiyi 26%-lik rüsumların təsirini yumşaltmaq üçün Vaşinqton və Yeni Dehlinin həftələrdir müzakirə etdiyi ikitərəfli ticarət sazişinin olacağı gözlənilir.
ABŞ Hindistanın ən böyük ticarət tərəfdaşıdır. İkitərəfli ticarət 2024-cü ildə Hindistanın xeyrinə 45,7 milyard dollar müsbət saldo ilə 129 milyard dollara çatıb.