Qazaxıstanda kütləvi yarış qaydaları sərtləşdiriləcək

08:22 - 21 Aprel 2025 - Xəbər

Almatıda yarımmarafonda iki iştirakçının ölümündən sonra Qazaxıstanda kütləvi idman tədbirlərinin keçirilməsi qaydaları sərtləşdiriləcək.

Ucnoqta.az xəbər verir ki, bu barədə bazar günü lkənin idman və turizm naziri Yerbol Mirzabosınov məlumat verib.

“Yerli icra orqanları tərəfindən həyata keçirilən belə tədbirlərin keçirilməsi ilə bağlı tələblər sərtləşdiriləcək.
Kütləvi idman təhlükəsiz olmalı və yüksək təşkilati standartlara cavab verməlidir. Turizm və İdman Nazirliyi bu məsələ ilə bağlı konkret təkliflər hazırlayıb aidiyyatı qurumlara göndərəcək”, - deyə M.Mirzabosınov İnstaqram səhifəsində yazıb.
Təklif olunan qadağaların mahiyyəti barədə məlumat verilməyib. Mirzabosınov qeyd edib ki, iki iştirakçının ölümü “xüsusi diqqət tələb edən faciəvi hadisədir”. 

Aprelin 20-də Almatı yarımmarafonunun iki iştirakçısı - 84 yaşlı Akkoyan Rsəliyev və 21 yaşlı Nurbol Əhmədi məsafəyə qaçarkən dünyasını dəyişib. Hər iki iştirakçı təcrübəli qaçışçılar idi.

Xəbər xətti