Tailandda sərnişin avtobusunun toqquşması nəticəsində azı 7 nəfər ölüb, 30-dan çox insan yaralanıb.
Ucnoqta.az xəbər verir ki, bu barədə “Naewna” qəzeti məlumat yayıb.
Məlumata görə, avtobus Tayland körfəzinin şərq sahilindəki Rayonq kurort şəhərindən krallığın şimal-şərq hissəsindəki Nonqxay şəhərinə gedirmiş. Qəza aprelin 21-də yerli vaxtla saat 01:40-da Banqkok yaxınlığındakı Praçinburi əyalətində baş verib. Avtobus yük maşını ilə toqquşub, daha sonra yanğın başlayıb, nəticədə avtomobil yanıb.