İstanbul Hava Limanından tarixi uğur

00:11 - 21 Aprel 2025 - DÜNYA

İstanbul Hava Limanı Avropada üç təyyarənin eyni vaxtda eniş etdiyi ilk hava limanı kimi tarixə düşdü.

Ucnoqta.az xəbər verir ki, qeyri-adi nailiyyət barədə CNN Türk xəbər verib.

"Əməliyyat üç təyyarənin eyni vaxtda Avropada enişi ilə bağlı ilk hadisə kimi tarixə düşdü. Beləliklə, İstanbul Hava Limanı Avropada ilk dəfə üç təyyarənin eyni vaxtda eniş etdiyi ilk hadisə oldu", - məlumatda deyilir.

Türk Hava Yollarına məxsus Stokholm, Paris və Antalyadan uçan təyyarələrin eyni vaxtda eniş anı radar görüntülərinə düşüb.

Xəbər xətti