Heç vaxt yaş saçla yatmayın! Görün nəyə səbəb olur

07:46 - 21 Aprel 2025 - DİGƏR

Mütəxəssislər xüsusilə gecə yatmazdan əvvəl saçınızı yumağın bəzi mənfi təsirləri ola biləcəyi barədə xəbərdarlıq edirlər. Bəs, yaş saçla yatmaq hansı problemlərə səbəb olur? 

Ucnoqta.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, yaş saçla yatmaq baş dərinizdə bakteriya və göbələklərin əmələ gəlməsinə yol aça bilər. Nəmli mühit mikroorqanizmlər üçün ideal çoxalma yeridir. Bu, kəpək, qaşınma və daha da ciddi baş dərisi infeksiyalarına səbəb ola bilər.

Saç telləri yaş olduqda daha həssas və kövrək olur. Yastığa sürtünmə saç tellərini zədələyə, onların daha asan qırılmasına və zamanla saçların seyrəlməsinə səbəb ola bilər.
Gecədə nəm saçların soyuması baş bölgəsində temperaturun dəyişməsinə səbəb ola bilər. Bu baş ağrısına və ya əzələ gərginliyinə səbəb ola bilər.

Xüsusilə qış aylarında soyuqdəymə riskini artıra bilər. Yaş saçla yatmaq sinus tıkanıklığına səbəb ola bilər. Uzun müddət soyuğa məruz qalan baş bölgəsi sinüzit və ya digər tənəffüs yolu infeksiyalarına səbəb ola bilər.

Mümkünsə, gün ərzində saçınızı yuyun və yatmazdan əvvəl tamamilə qurudun. Gecə yumaq məcburiyyətindəsinizsə, saç qurutma maşını ilə yaxşıca qurudun.
Saten və ya ipək yastıq örtüyü istifadə edərək sürtünməni azalda bilərsiniz.
Sağlam saçlar və rahat yuxu üçün gecə saçınızı yumaq vərdişlərinizi nəzərdən keçirmək faydalı ola bilər.
Unutmayın, kiçik dəyişikliklər böyük fərq yarada bilər!

Xəbər xətti