İran ABŞ prezidenti Donald Trampın potensial nüvə sazişindən çıxmayacağına dair zəmanət veriləcəyi təqdirdə uranın zənginləşdirilməsi səviyyəsini azaltmağa hazırdır.
Ucnoqta.az xəbər verir ki, bu barədə İranın yüksək vəzifəli rəsmisinə istinadən Reuters agentliyi məlumat yayıb.
Məlumata görə, İranın ali dini lideri Əli Xamneyi “qırmızı xətlər” müəyyən edib ki, bu xətlər çərçivəsində İslam Dövləti ABŞ-la danışıqların nəticəsindən asılı olmayaraq, uranın zənginləşdirilməsi üçün sentrifuqalarını sökməyəcək və ya tamamilə dayandırmayacaq.
İran həmçinin zənginləşdirilmiş uran ehtiyatını 2015-ci il razılaşması ilə razılaşdırılan səviyyədən aşağı azaltmağa razı olmayacaq.