Uitkoff İran danışıqlarından əvvəl Mossad rəhbəri ilə görüşəcək

12:15 - 18 Aprel 2025 - DÜNYA

ABŞ-ın xüsusi nümayəndəsi Stiven Uitkoff İranla danışıqlardan əvvəl aprelin 18-də Parisdə İsrailin Mossad rəhbəri David Barnea və İsrailin strateji planlaşdırma naziri Ron Dermer ilə görüşəcək.

Ucnoqta.az xəbər verir ki, bu barədə Amerikanın Axios informasiya portalının müxbiri Barak Ravid İsraildəki mənbələrə istinadən məlumat yayıb.

"Cümə günü Romada İranın nüvə sazişi üzrə danışıqlardan əvvəl dövlət katibi Ron Dermer və Mossad rəhbəri Barnea Ağ Evin elçisi Steven Witkoff ilə görüşmək üçün Parisə getdilər", - Ravid X-də yazıb.

Xəbər xətti