Çin Xarici İşlər Nazirliyi Pekinin Rusiyaya silah verməsi ilə bağlı xəbərləri təkzib edib.
Ucnoqta.az xəbər verir ki, müvafiq açıqlamanı brifinqdə Çin Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Lin Jian Ukrayna tərəfinin Çinin Rusiyaya guya barıt və artilleriya sistemləri tədarükü ilə bağlı bəyanatlarını şərh edərkən bildirib.
"Çin heç vaxt münaqişə tərəflərindən heç birinə öldürücü silahlar təqdim etməyib və ikili təyinatlı məhsulların ixracına həmişə ciddi nəzarət edib. Çin əsassız ittihamlara və siyasi manipulyasiyalara qəti şəkildə qarşı çıxır", - Çin Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi vurğulayıb.