ABŞ İranla səmərəli danışıqlara ümid edir - Rubio

11:36 - 18 Aprel 2025 - DÜNYA

ABŞ ümid edir ki, İranla danışıqlar səmərəli olacaq və İslam Respublikasının nüvə proqramı ətrafında yaranmış vəziyyətin sülh yolu ilə həllinə gətirib çıxaracaq.

Ucnoqta.az xəbər verir ki, bunu ABŞ dövlət katibi Marko Rubio deyib.

“Biz ümid edirik ki, danışıqlar səmərəli davam edəcək, biz vəziyyətin sülh yolu ilə, uzunmüddətli nizamlanmasının tərəfdarıyıq”, o Parisdə jurnalistlərə bildirib.

Xəbər xətti