İndoneziya ABŞ-la tarifləri həll etməyə ümid edir

10:19 - 18 Aprel 2025 - İQTİSADİYYAT

İndoneziya ABŞ-la İndoneziya mallarına 32 faiz idxal rüsumları ilə bağlı mübahisəni 60 gün ərzində həll etməyi gözləyir.

Ucnoqta.az xəbər verir ki, bu barədə Asiya ölkəsinin iqtisadi məsələlər üzrə əlaqələndirici naziri Aylanqqa Hartarto bildirib.

"Ümid edirik ki, 60 gün ərzində bu sazişlər iki ölkə arasında sazişlərdə öz əksini tapacaq", - Hartarto deyib.
Nazir qeyd edib ki, Asiya respublikası hökuməti Amerika administrasiyasının nümayəndələri ilə aktiv dialoq qurur.

Xəbər xətti