Ağsuda seldə ölən şəxs rəis imiş

15:46 - 16 Aprel 2025 - Cəmiyyət

Ağsuda selin ekskavatoru aparması nəticəsində ölən şəxs sahə rəisi olub.

Ucnoqta.az Milli.az-a istinadən xəbər verir ki, hadisə nəticəsində xəsarət alan digər 3 nəfər Şamaxı rayon mərkəzi xəstəxanasına çatdırılıblar. Vəziyyətləri nisbi stabil qiymətləndirilir.

Qeyd edək ki, yol-təmir işləri ilə məşğul olan işçilər güclü yağışdan qorunmaq üçün ekskavatorda oturublar. Çaya gələn güclü sel ekskavatoru aşırıb. Ekskavatorda olan 4 nəfərdən biri hadisə yerində ölüb. 

Xəbər xətti