Finlandiya hökuməti Rusiya ilə sərhədi növbəti xəbərdarlığa qədər bağlı saxlamaq qərarına gəlib.
Ucnoqta.az xəbər verir ki, bu barədə Finlandiya Nazirlər Kabinetinin saytında yerləşdirilən məlumatda deyilir.
Sənəddə qeyd olunur ki, hökumət şərq sərhəd keçidlərini bağlı saxlamaq niyyətini təsdiqləyib. 2025-ci il aprelin 16-da hökumət sərhəd-keçid məntəqələrini bağlı saxlamaq və sığınacaq üçün müraciətlərin qəbulunu mərkəzləşdirmək barədə qərar qəbul edib.
Qərar növbəti bildirişə qədər qüvvədədir.