Banqkokda zəlzələ zamanı tikilməkdə olan Baş Auditor İdarəsinin binasının uçması nəticəsində ölənlərin sayı 41-dən 44-ə yüksəlib.
Ucnoqta.az xəbər verir ki, bu barədə “Nation” qəzeti məlumat yayıb.
Məlumata görə, bu obyektdə işləyən 50 nəfər itkin düşüb.
Xatrıladaq ki, martın 28-də Myanmada 8,2 bal gücündə güclü zəlzələ baş verib. Respublikada zəlzələ nəticəsində ölənlərin sayı 3,6 min nəfəri ötüb.