İsrailin zərbələri nəticəsində daha 15 nəfər həlak olub

07:18 - 15 Aprel 2025 - DÜNYA

İsrailin Qəzza zolağına son 24 saat ərzində endirdiyi zərbələr nəticəsində azı 15 fələstinli həlak olub.

Ucnoqta.az xəbər verir ki, bu barədə Qətərin “Əl-Cəzirə” telekanalı məlumat yayıb.

Məlumata görə, son zərbələr Fələstin anklavının şimal və cənubunda yerləşən çadır düşərgələrinə endirilib. İsrail hərbi qüvvələri Qəzza şəhərini intensiv artilleriya atəşinə tutur.

Xəbər xətti