Yaponiya hökuməti hesab edir ki, Vaşinqtonun gömrük rüsumları tətbiq etməsi səbəbindən ABŞ-dan idxala cavab rüsumlarının tətbiqi yapon xalqının maraqlarına uyğun gəlməyəcək.
Ucnoqta.az xəbər verir ki, bunu Yaponiyanın baş naziri Şiqeru İşiba parlamentdə çıxışı zamanı deyib.
“Mən qəti şəkildə demirəm ki, biz cavab rüsumları tətbiq etməyəcəyik, lakin qarşıdakı danışıqlarda nəyin faydalı olacağı nöqteyi-nəzərindən deyən o, enerji və ərzaq qiymətlərinin sürətlə artması kontekstində cavab rüsumlarının tətbiqinin Yaponiyanın və onun xalqının maraqlarına uyğun gəlməyəcəyini qeyd edib.