Yəməndə husilərin İsrailə hücum etdiyini elan etdikdən, ABŞ paytaxtın Səna əyalətindəki keramika fabrikini hədəfə aldıqdan sonra üç hava hücumu həyata keçirib.
Ucnoqta.az xəbər verir ki, bu barədə Yəmənin “Əl Məsirə” telekanalı məlumat yayıb.
Husi hökumətinin Səhiyyə Nazirliyinin məlumatına görə, Amerikanın zərbələri nəticəsində 2 nəfər ölüb, 10 nəfər yaralanıb.