ABŞ prezidentinin nümayəndəsi Stiven Uitkoff və İranın xarici işlər naziri Abbas Əraqçi danışıqlar yerini tərk edərkən Omanın xarici işlər naziri Bədr bin Həməd bin Hamud əl-Busaidinin iştirakı ilə şəxsən danışıblar.
Ucnoqta.az xəbər verir ki, bu barədə İran Xarici İşlər Nazirliyinin Teleqram kanalında deyilir.
"Qeyd etmək lazımdır ki, iki saat yarımdan çox davam edən dolayı danışıqlardan sonra İran və ABŞ nümayəndə heyətlərinin rəhbərləri tədbir yerini tərk edərək Oman xarici işlər nazirinin iştirakı ilə bir neçə dəqiqə danışıblar", - açıqlamada bildirilir.