Yasamal rayonu, Qanlı Göl ətrafında zədələnmiş qaz xəttinin təmir olunması məqsədi ilə bu gündən etibarən qaz təchizatı dayandırılıb.
Ucnoqta.az xəbər verir ki, "Azəriqaz" İB-dən hazırda təmir-bərpa işləri aparılır.
Yeni Yasamal yaşayış massivinin, 2-ci Alatava qəsəbəsinin bir hissəsinin, MİDA yaşayış kompleksinin qaz təchizatında müvəqqəti fasilə yaranıb.